biz kimik?

Xoş gəlmisiniz! İşinizi rahatlaşdırmaq üçün sizə bizimlə tanış olmaqda kömək edəcəyik. 2015-ci ildə, I devalvasiya zamanı, böhran fürsətdir deyib fəaliyyətə başlamışıq. 3 müştəri ilə start verdiyimiz bu yolda qısa zamanda tanındıq və bizi seçənlərin sayı aydan-aya artdı, həm ölkə daxilində, həm də ölkədən kənarda şirkətlər öz işlərini bizə həvalə etməyə başladı. Əsas ixtisaslaşmamız veb proqramlaşdırma, rəqəmsal marketinq və dizayn/brendinq istiqamətlərindədir.

fəlsəfəmiz

Marketinq dəqiq elm, dəqiq sahə deyil. Burda həm ölçüləbilən, həm də ölçülə bilməyən məqamlar mövcuddur. Ən çətini isə, nə baş verəcəyini əvvəlcədən yəqin etməkdir. Bəzən son istifadəçimiz yüz minlərlə insandır. Elə bir iş çıxarmalıyıq ki, bu qədər insan həm bəyənsin, həm rahat başa düşsün, həm də bundan sonra müştərimizi seçsin. Gördüyümüz işlər zamanı unikallıq, funksionallıq, görünüş və minimalizm bizim üçün prioritetdir. Məsuliyyətli və detallara fokus olmanı tələb edən işdir, bu səbəbdən də bizim xidmətlər üçün ən lazımlı faktor ZAMANdır. Yaradıcılıq zaman tələb edir, zaman azdırsa sən sadəcə ağlına gələn ilk bir neçə ideyadan birini həyata keçirmək məcburiyyətindəsən. Bizə ZAMAN verin, sizə ən yaxşısını verək!

komandamız

Komandamız 20-yə yaxın gənc mütəxəssisdən ibarətdir. Onlar çox işləyirlər, yaman çox işləyirlər, amma bu qədər işin arasında yenə də hər gün mütaliəyə, inkişafa zaman ayıra bilirlər. Bizim ofisdə orfoqrafik səhvə görə insanlar xəsarət alır, öz qabını yumamağa görə tarixdə görülməmiş döyüşlər baş verir. Zövqsüz musiqini, köhnə stilli brendinqləri, mobildən dəstəklənməyən saytları, təcili işləri, bir də tənbəl insanları sevmirik. Bizə azadlıq verən və güvənən müştəriləri, şokoladı, dondurmanı, filmləri, komiksləri, idmanı, biznes ədəbiyyatını isə heç nəyə dəyişmərik. Biz, komanda olaraq qarşımıza qlobal agentlik olmaq hədəfi qoymuşuq və hər keçən gün bunun üçün əlimizdən gələni edirik.