Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Bütün dünyanın marketoloqları, birləşin!
Brandup
Brandup
21 Okt, 2017
1613

Bütün dünyanın marketoloqları, birləşin!

Agentlikləri, şirkətləri, brendləri bir araya nə gətirə bilər? Cavabınız müxtəlif tədbirlərdirsə yanılmırsınız. Onların sırasına forumlar, sammitlər, konfranslar, meetuplar və s. daxildir.

Başlıca səbəb kimi şəbəkələşmə görünə bilər, lakin kontent, proqramlaşdırma, texnologiya, dizayn və digər detallar özlüyündə inkişafın açar elementlərindən hesab edilir.

Hər şirkət öz “sandığı” ilə bu tədbirlərə qoşulur, “pambığını” ortalığa tökür, müzakirayə qoşulur və həll yollarını digərlərindən əldə etməyə çalışır.

Beləliklə, bu dəfəki bloqumuzda rəqəmsal marketoloqların diqqət mərkəzində olan ilin yekun tədbirlərini təqdim etmək istərdik.

 

Marketing Meetup

Tarix: 4 noyabr

Yer: Bakı, Azərbaycan

Xeyli zamandır #4noyabr hashtag-i ilə hər birimizi intizarda saxlayan viral trend sonunda «Marketing və Rəqəmsal aləmi bir çətir altında toplamaq missiyası» ilə çıxış etdi. Tədbirdə real təcrübələri olan yerli və xarici spikerlərin çıxışları nəzərdə tutulub.

 

Event Tech Live 2017

Tarix: 6-9 noyabr

Yer: London, İngiltərə

Təşkilatçılara, agentliklərə və brendlərini təkmilləşdirmək istəyən şirkətlərə ən son texnoloji yenilikləri nümayiş etdirmək imkanı yaradan sərgi xarakterli tədbirdir. Onun özünü doğrultmasından agah olmaq üçün ötən ilin əsas məqamlarını vurğulayan videoya baxa bilərsiniz.

 

 

Native advertising days

Tarix: 8-10 noyabr

Yer: Berlin, Almaniya

«A Conference That Is More Than Just Another Business Event» lozunqu altında həyata keçirilən “Native advertising days” konfransdan daha artıq olduğunu liderləri,  sahibkarları, kreativ insanları, brendləri, agentlikləri bir araya gətirib yeni effektiv kampaniyalar yaratmağı ilə təsdiqləyir.

 

CNews Forum 2017

Tarix: 9 noyabr

Yer: Moskva, Rusiya

“CNews Conferences” və “CNews Analytics” tərəfindən ənənəvi olaraq bu il də həyata keçiriləcək 10-cu “CNews Forum 2017: Sabahın informasiya texnologiyaları layihəsi” biznes nümayəndələrini, dövlət işçilərini, İT şirkətləri , həmçinin müstəqil ekspertləri yaxın gəələcəkdə iqtisadiyyatın necə qurulacağına dair müzakirələrin aparılmasıdır.

 

Marketing festival
Tarix: 9-10 noyabr

Yer: Praqa,  Çex respublikası

“Biz konfrans deyil festival edəcəyik” deyən təşkilatçılar 1700 marketoloqu bir araya gətirməyi, 50 workshop və daha nələr-nələr vəd edir və “10 noyabr tarixində bütün planlarınızı təxirə salın” deyirlər. Ötən il keçirilən festivala baxanda adam doğurdan işini-gücünü atıb ora getmək istəyir.

 

Digital Marketing Conference 

Tarix: 11 noyabr

Yer: Bakı, Azərbaycan

Ənənəvi olaraq keçirilən tədbir bu il də yerli və xarici mütəxəssisləri rəqəmsal marketinq keyslərini müzakirəsi üçün bir araya toplayacaq. Tədbirə qoşularaq rəqəmsal marketinqdə baş verən yenilikləri bir də aparıcı ekspertlərin dilindən eşitmək imkanınız olacaq.

 

 

Mobile & Digital Marketing Summit 2017

Tarix: 24 noyabr

Yer: Mumbay, Hindistan

Yalnız bir gün keçiriləcək, lakin mobil və rəqəmsal marketinq xidmətlərinin yaranması, yaradıcılığı, innovasiyaları, hətta kiçik rollarından belə söhbət açılacaqdır. Həmçinin tədbirdə rəqəmsal marketing brendlərinin təqdimatı da keçiriləcəkdir. İştirakçılar mobil ticarət və mobil ödəmələrinin üstünlüklərini və təkmilləşdirilməsindən bəhs edəcəklər.

 

Red Apple 2017

Tarix: 7- 8  dekabr

Yer: Moskva, Rusiya
27-ci Beynəlxalq Reklam festivalı “Red apple 2017” reklam industriyasının, media işçilərini, onları narahat edən məsələləri müzakirə etmək üçün bir araya yığacaq.

Bundan əlavə 2016-cı ilin 1 iyul tarixindən, bu ilin 20 oktyabr tarixinədək həyata keşirilmiş layihələr sırasından ən yaxşıları təltif olunacaqdırlar.

 

 

DigiStrategy 2017

Tarix: 14 dekabr

Yer: London, İngiltərə 

“DigiStrategy 2017” rəqamsal aləmdə bütün qabaqcıl strategiyaları və innovasiyaları bir araya gətitrərək, fikir mübadiləsi üçün bütün şəraiti təmin edəcək. İştirakçılar sırasında Google, Twitter, Microsoft, The Economist, BBC, Unilever kimi şirkətlərin mütəxəssisləri var.  Mütəxəssislərdən biri əməkdaşı olduğu şirkətin haradan-haraya gəldiyini və hətta məşhur trendlərdən də söhbət açmağa 35 dəqiqəlik çıxışında nail oldu.

BİZİ İZLƏYİN