Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

FilMarketinq
Brandup
Brandup
5 Okt, 2017
2871

FilMarketinq

İki ayrı sahə kimi görünsə də onları birləşdirən sadəcə “m” hərfi deyil. Bu bloqumuzda ən azı 25 ortaq cəhət daha tapacaqsınız. Bloqun treylerini çox da uzatmaq fikrində deyilik, onsuz aşağıda çoxlu treyler izləyəcəksiniz. İndidən xoş izləmələr deyirik. Rahat oxuyun, no spoiler alert :)

 

1. Startup.com (2001)

Siyahımıza Startup.com filmi ilə start veririk. 2001-ci ilə aid bu film yeni sayt açaraq işə başlayan iki nəfərin çəkdikləri çətinliklər və çıxış yollarından bəhs edir.

2. Art&Copy (2009)

"I Love New York", "Where's the Beef?", "I Want My MTV", "Got Milk?", "Think Different" və “Just do it” kimi məşhur reklam kampaniyalarından bəhs edir. Film axtarışında olanlara deyirik ki, elə indi izlə!

3. 99 Frances (2007)

Frederik Beqbederin məşhur əsərini oxumayanlar üçün filmini məsləhət görürük, kino da elə adına uyğun cəmi 99 dəqiqədir.

4. How to Succeed in Business Without Really Trying (1967)

Filmin çəkildiyi ildə nə internet vardı, nə də digital marketinq. Filmin bəhs etdiyi problemlər və onların həll yollarına isə indi də hamının ehtiyacı var.

5. Pirates of Silicon Valley (1999)

Dünyanın iki nəhəng şirkəti Apple və Microsoft-un yaranma hekayələrini, Stiv Cobs və Bill Qeytsin qarajlarından necə zirvəyə çıxdıqları uzun yolu 95 dəqiqədə izləyəcəksiniz.

6. Jobs (2013)

Bundan əvvəlki filmə baxanlar Stiv Cobs`un həyatından və Apple`ın yaranma tarixindən bəhs edən bioqrafik film ilə davam edə bilərlər.

7. The Joneses (2009)

Film haqqında əlavə nəsə yazmağa ehtiyac yoxdur, sadəcə treylerində də deyildiyi kimi, onlar Amerika arzusunu yaşamırlar, onlar Amerikan arzusunu satırlar.

8. Generation P (2011)

Sovet ittifaqının dağılmasından sonra Rusiyada bir şairin necə ölkənin ən önəmli fiqurlarından birinə çevrildiyindən bəhs edir.

9. The Greatest Movie Ever Sold (2011)

Sizə həyatınızın hər yerində rast gələ biləcəyiniz reklamları göstərərək ehtiyatlı olmağa çağıran bu filmdə elə gündəlik həyatınızda rast gələ biləcəyinizdən daha çox reklam görəcəksiniz.

10. Objectified (2009)

Dizaynerləri də unutmamışıq, 2009-cu ilə aid bu film sizdən bəhs edir, elə bəhs edənlər də sizsiniz.

11. Exit Through the Gift Shop (2010)

Bu isə sizə ikinci hədiyyəmiz. Ən məşhur qraffiti rəssamları, onların iş proseslərini göstərən filmdə, hətta Benksi də var, amma həmişəki ampluasında :)

12. Wag The Dog (1997)

Adı bir çox qalmaqalda hallanan prezidentin seçkiyə az qalmış qalib gəlmək üçün yoxladığı yollar, aha, “House of Cards” izləyənlər üçün tanış ssenaridir :)

13. Something Ventured (2011)

Siyahımıza investorları da nəzərə alıb bu filmi əlavə elədik. Film onların necə düzgün seçim edib sərmayə qoya biləcəkləri ilə bağlı bir neçə məsləhəti özündə birləşdirir.

14. Moneyball (2011)

Bir idman filmi kimi görünsə də digital marketinglə maraqlanan və məşğul olan hamının izləyib büdcə planlaması və strategiyaların nə qədər önəmli olduğunu bir daha anlamağınıza kömək edəcək.

15. Rocket Singh: Salesman of the Year (2009)

Növbəti film məsləhətimizi satış menecerləri və ümumiyyətlə satışla məşğul olan hamı üçün nəzərdə tutmuşuq. Space`in yayımlamasını gözləməyin, elə indi baxın :)

16. Promised land (2002)

İndi sizin ağlınızda iki sual var, manipulyasiya nədir və necə edilir. Cavabını biz demiyəcəyik. 106 dəqiqə sonra özünüz öyrənmiş olacaqsınız.

17. Syrup (2013)

Beş gün və yeni bir ideya tapmalısan. Bəli, hamımız üçün tanış situasiyadır. Dedlayn qoymuruq bu filmə baxmaq üçün, çünki dedlayn olsa son günə saxlayacağınızı bilirik :)

18. The Wolf of Wall Street (2013)

Dünyanın iqtisadi paytaxtının yerləşdiyi küçə və ona liderlik edən canavar. Filmə baxmağınız üçün 4 əlavə səbəb də deyək. Marqot Robbi, Leonardo Di Kaprio, Mettyu Makkonaki və Martin Skorseze.

19. Margin Call (2011)

Wall Street mövzusunu Wall Street haqqında çəkilmiş ən yaxşı filmlə davam etdirək. Film 2008-ci il maliyyə böhranı, risklərin idarəolunması, planlama və digər sahələr üzrə etməli və etməməli olduğunuz şeylər haqqında bir neçə məlumat öyrədəcək.

20. The Big Short (2015)

İndi isə 2008-ci il maliyyə böhranı mövzusu ilə davam edək. Oskarı son anda Spotlight filminə uduzsa da, siz bu filmə baxmaqla heç də uduzmayacaqsınız.

21. Jerry Maguire (1996)

Bəzən hər şeyə sıfırdan başlamaq lazım olur. Elə zamanlara əvvəlcədən hazırlıqlı olsanız yaxşı olar :)

22. Boiler room (2000)

“Satışın olmadığı bir telefon danışığı yoxdur, ya sən satış edirsən, ya da qarşı tərəf niyə almadığının bəhanəsini sizə satır.” Filmi izləmək sizə, həm də Vin Dizeli kostyumda görmək şansı qazandırır :)

23. Social network (2010)

Növbəti film məsləhətimiz çox güman elə sizin də bu siyahını görüb bloqu oxumağa başladığınız facebook haqqındadır.

24. Glengarry Glen Ross (1992)

Satış bir yarışdır, bu yarışda uduzmamaq üçün bir neçə nömrə öyrənməyin heç bir ziyanı olmaz :)

25. Thank you for smoking (2005)

Düzgün hazırlanmış marketinq planı ilə hər şeyi uğurla satmaq mümkündür, hətta hamının zərərli olduğunu bildiyi tütün məhsullarını belə.

Biz isə sizə, siyahımızı sona qədər oxuduğunuza görə təşəkkür edirik.

BİZİ İZLƏYİN