Oflayn marketinq

  • Araşdırma

    Şirkətin marketinq strategiyasının qurulmasında əsas məqamlardan biri də bazarın mikrosəviyyədə araşdırılmasıdır. Növbəti addımlarınızın sağlam olması üçün qərarlarınız mütləq araşdırma nəticələrinə dayanmalıdır. Komandamız şirkəti qiymətləndirməyi və imkanlarını proqnozlaşdırmağı, fəaliyyət göstərdiyi seqmentdə inkişaf perspektivlərini görməyi bacarır. Biz rəqiblərin, real və potensial müştərilərin davranışları, həmçinin müştərinin qarşılaşa biləcəyi çətinlik və imkanlar barədə aydın məlumat veririk. 

  • İdeya

    - Bazara yeni bir məhsulla girməyi planlayırsınız ?

    - Mövcud, potensial və ya itirilmiş müştərilərinizə özünüzü xatırlatmaq istəyirsiniz ?

    -Bəlkə, bazar payınızı artırmaq və ya hədəflədiyiniz satışlara çatmaq?

    -Bəlkə səs salacaq bir reklam kampaniyasına başlamaq istəyirsiniz ?
    O zaman sizə İDEYA lazımdır!

    Sadəcə bizə məqsədləriniz və imkanlarınız haqqında danışın, biz sizə ən optimal və nəticəsini görə biləcəyiniz ideyaları təklif edəcəyik.

  • Konsept

    Marketinq bir sistemdir. Hər bir marketinq aləti bütöv bir konseptin bir hissəsi kimi həyata keçirilməlidir, yalnız bu zaman onun effekti istənilən qədər böyük ola bilər. İdeyanızın konsept halına çevrilməsi onun səsini daha uzağa çatdırır. Konsept dedikdə, ideyanın realizasiya üçün addımlı planın hazırlanması və hədəf kütlənizin olduğu bütün kanallarda, həmin kanalın özəlliklərinə uyğun kommunikasiyanın aparılması nəzərdə tutulur. Çatdırmaq istədiyiniz mesajı birdən-birə yox, sistemli şəkildə, hədəf kütlənizin qəbul edəcəyi formada, zamanda edə bilsəniz, nəticə özünü gözlətməyəcəkdir. 

  • Kontent

    Kontent həmisə var idi, indi isə onun əhəmiyəti daha çoxdur. İnsanlar gündə minlərlə informasiya qəbul edir, milyonlarla axtarış verir. Bu qədər informasiya axınının qarşısında fərqlənmə hər gün daha çətinləsir. İstər vebsaytınızın, istər digər kommunikasiya kanallarınızın kontenti bir çox aspektlərdən professional şəkildə hazırlanmış olmalıdır. Əmin olun ki, bunun olması sizə daim yeni müştərilər qazandıracaq, olmaması isə rəqiblərinizin önə keçməsinə şərait yaradacaq.

  • Mediaplanlama

    Brendin, məhsulun və ya xidmətin reklam aktivliyinin strateji hazırlanması prosesidir. Təyin olunmuş məqsədlərə uyğun kommunikasiya kanallarını seçməyi, büdcənin optimizasiyasını, brendin kommunikasiya planını qurmağı, bir sözlə hədəf kütləsi və brend arasında olan əlaqəni effektiv təşkil etməyi rahatlıqla bizim komandaya həvalə edə bilərsiniz. Biz hər bir reklam kanalı, onun gətirə biləcəyi töhfə, üstün cəhətləri və s. barədə məlumatlıyıq və sizə ən effektiv olanını tövsiyə edəcəyik





Briflər

Siz aşağıdakı formu doldurmaqla və müvafiq xidməti seçməklə bizə müraciət edə bilərsiniz. Həmin xidmət üzrə məsul şəxslər sizinlə əlaqə saxlayıb bütün lazımi məlumatları təmin edəcək. Bundan əlavə, siz aşağıda yerləşdirilən brifləri dolduraraq bizdən 3 gün ərzində birbaşa qiymət təklifi də ala bilərsiniz.

contact us

Təşəkkür edirik!

Bizimlə əlaqə üçün: