Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Balli Bisi / Branding


Balli Bisi Bakıda fəaliyyət göstərən və orijinal görünüşlü şirniyyatlar hazırlayan tort butikidir. Bir müddətdir fəaliyyət göstərən butik istehlakçılara və müştərilərə verilən dəyəri göstərmək üçün rebrendinq etmək qərarına gəlib. Rebrendinqdə əsas məqsəd təqdim olunan keyfiyyəti vizual olaraq çatdırmaq və dəyəri ifadə etmək idi. Köhnə üslub daha klassik olsa da, yeni üslub müasir görünüş yaratmalı və premium atmosferi qorumalı idi. Təklif olunan həll yalnız sadə deyil, həm də gözlənilən premium atmosferi çatdırdı. Ballı Bisi  yazısının ilk hərfi olan “B” təsviri mətnə ​​iştahaaçan görünüş verir və loqonun müxtəlif miqyaslara asanlıqla uyğunlaşmasına əlavə şərait yaradır.