Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Digital 2020
Brandup
Brandup
28 Fev, 2020
1673

Digital 2020

Hər kəsin koronovirusu müzakirə etdiyi bir vaxtda Data Reportal artıq illik hesabatlarını yayımladı. 
İstəyirəm, bu barədə sizə qısa məlumat verim.
Ondan başlayaq ki, data reportal rəqəmsalda istifadə edilən yüzlərlə hesabatların və statistikaların təqdim edildiyi portaldır. 
Hər il fərqli ölkələr üzrə əsas statistikaları da biz buradan əldə edə bilərik. 
Aşağıdakı vizuallarda bəzi göstəricilərlə tanış ola bilərsiniz. 

 

 

Nəhayət, 26 fevral Digital 2020: Azerbaijan göstəriciləri də təqdim olundu. 
Gəlin, bəzi əsas göstəriciləri birlikdə müzakirə edək. 

 

 

Burada ölkə əhalisinin sayına, əsasən mobil və internet istifadəçilərinin sayı qeyd edilib. Aktiv sosial şəbəkə istifadəçilərinin sayı isə cəmi 37% təşkil edir. 

 

Google-da ən çox axtarışa verilən və keçid edilən saytların siyahısı.
Saytlarda reklam yerləşdirərkən aralarından hədəf kütlənizə uyğun olanını seçib yüksək geridönüşlər əldə edə bilərsiniz. 

Facebook və Instagram üzrə istifadəçilərin statistikası:


Facebook üçün vacib olan məqamlardan biri də istifadəçilərin daxil olduğu cihaz növləridir. Bu göstəricilər dizayn tərtibatı və uğurlu mətnlər yazmaq üçün yardımçı ola bilər. 

YouTube reklamlarında 2019-cu ildə ən çox axtarışa verilən sözlərin siyahısı:

 

Əlavə olaraq qeyd etməliyəm ki, Tik-Tok platforması üzrə göstəricilər təqdim olunmayıb (tətbiqin yüklənməsi xaricində). Platformanın istifadəsi və geniş yayılmasını nəzərə alsaq, növbəti ildə onun da Azərbaycan üzrə statistik göstəricilərini əldə edə biləcəyik.

Aşağıdakı bu linkdən keçid edərək Azərbaycan üzrə olan bütün göstəricilərlə tanış ola bilərsiniz:

 

 

Müəllif: Almaz Quluzadə 

 

BİZİ İZLƏYİN