Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Diqqət! Müsabiqəmiz var
Brandup
Brandup
2 may, 2021
1757

Diqqət! Müsabiqəmiz var

Sosial şəbəkələr günümüzdə artıq hər birimizin həyat tərzinə çevrilmişdir. Əksər vaxt bu platformalardan istifadənin vaxt itkisi, gözə ziyan və s. kimi zərərli tərəflərini qabartsalar da, onların bizə qazandırdıqlarını vurğulamaq lazımdır. Bütün izləyicilərin səbrsizliklə gözlədiyi, təşkil edənlərin isə izləyici sayı artımını hədəflədiyi, gözəl və dəyərli hədiyyələr qazandıran müsabiqələr son 3 ildə, əsasən “Instagram” və “Facebook”- da çox məhşurlaşmışdır. Həmin müsabiqələrdə ən azı iki və daha artıq şərt mövcud olur ki, bütün şərtlərə düzgün əməl edən iştirakçılardan biri və ya bir neçəsi təsadüfi yolla şanslı qalib seçilir. Bu paylaşımlara diqqət yetirsək yaranmış olan “rəy partlayışı”nı aydın görə bilərik. Bu müsabiqələrin ən həyəcanlı anı isə “Müsabiqəmiz artıq yekunlaşmışdır. Qalib(lər) qısa zamanda açıqlanacaq” cümləsi ilə başlayır. Hər kəs həyəcanla “şanslı”nın adının qeyd olunacağını gözləyir. Müsabiqələrin bir neçə növü mövcuddur. Foto müsabiqələri, rəy müsabiqələri, kreativ müsabiqələr və s. Kreativ müsabiqələr qalibini özümüz seçdiyimiz, ən asan, həm də ən maraqlı müsabiqələrdir.

Lakin daha çox keçirilən müsabiqələr rəy və foto müsabiqələridir. Rəy müsabiqələri əsasən rəy yazmaqla və daha çox insana çatması üçün “dostunu işarələ” formasında olur.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

??#internationalgiveaway ?? We're treating 1 beauty to approximately $600 worth of beauty products (skincare, haircare & makeup) and mini fridge to store your skincare products! To enter: 1) follow: @thebeautyspyofficial @Chelseabeautyspy & @aviyr 2)tag 5 beauty loving friends in the comments below and tell us what you are most excited to try! (do no tag celeb, business and spam accouts.) Bonus: ☘Repost this giveaway with: #thebeautyspyofficial #sweepstakes & tag @thebeautyspyofficial (limited 3 reposts per acct, reposts must be at least 24hrs apart ☘ Each comment with 5 tags = a new entry. Max 5 comments per entrant on each post. Must be new friends tagged in each comment. Giveaway ends on 5/15! This giveaway if sponsored by @thebeautyspyofficial and unfollowers will be banned from future contests. THIS GIVEAWAY IS OPEN TO ALL COUNTRIES❤️ ?Good luck! ? Please follow the rules, we will be checking! ??????????????? Disclaimer- this is in no way sponsored, administered, or associated with Instagram or the brands mentioned. Only 18+years of age, and entrants release Instagram and all brands of all responsibility, and agree to instagrams terms of use. Void where prohibited by law. #giveaways #makeupgiveaway #contest #instagiveaway #instacontest #sweepstakes #win #freemakeup #sorteo #concours #giveawaycontest #giveawaytime #contestgram #inittowinit #winitwednesday #contestday #verloslung #makeuplife #giveawayalert #gewinnspiel #kbeauty #kbeautygiveaway #skincaregiveaway #luxskincare #luxurygiveaway

A post shared by The Beauty Spy - 뷰티 스파이 (@thebeautyspyofficial) on May 6, 2019 at 9:03am PDT

Foto müsabiqələri isə insanların şəxsi kreativliklərinə həvalə edilir. Belə ki, həmin məhsulla əlaqəli çəkdikləri foto paylaşılır, səhifənin adı və bəzən də tələb olunan həştəq qeyd olunur. Bu zaman iştirakçıların ən çox etdikləri səhv profillərinin gizli olması və müsabiqəni keçirən səhifənin adının qeyd olunmamasıdır. Ümumən bu şərtləri yerinə yetirmək şanslı olma yolunda ilk və əsas addımlardandır.

Məncə qoşulub, şansı yoxlamaq üçün çox maraqlı görünür. İndi biraz məsələnin görünməyən və qəliz hissəsinə baxaq – seçim prosesi. Seçim prosesindəki ilk və ən əsas qayda ədalətli olmaqdır. Ədalətli olmaq - təyin olunmuş zaman ərzində iştirak edən hərkəsin müsabiqəyə qoşulmasını nəzərə almaq, müsabiqənin şərtlərinə düzgün əməl etməsinə diqqət yetirməkdir.
Seçim prosesinin ikinci ən qəliz qaydası isə iştirakçıların siyahısını tərtib etməkdir. Bu zaman həm rəylər arasından özü bir ad seçən, həm də siyahı yaratdığınız təqdirdə içərisindən bir rəqəm seçən saytlar vasitəsilə qalib seçə bilərsiniz. İlk öncə siyahı yaratmaqdan başlayaq. Bu zaman adların tək-tək qeyd edilməsi həm vaxt itkisi, həm də çox yorucu bir işdir. Lakin bunu asanlaşdıran, hətta sizə əziyyət vermədən excel cədvəl yaradan vasitələr mövcuddur. Bu siyahının yaradılmasında sizə kömək olacaq pulsuz saytları qeyd edirəm: 

 

1. Socialfy.pw - Facebook müsabiqələrində olan rəyləri excel cədvəldə qeyd etmək üçün.  Şəxsi facebook adresinizlə daxil olun, linki yerləşdirin, yaradılmış cədvəli export edin: hazırdır!

2. Exportgram.com - Instagram müsabiqələri üçün nəzərdə tutulmuşdur. Sadəcə linki yerləşdirin və sənədi endirin.

 

İndi isə keçirik seçim prosesinə. Aşağıda qeyd edəcəyim saytlar vasitəsilə qalibinizi rahatlıqla seçə bilərsiniz:

1. Random.org

  • İstifadə olunduğu sosial şəbəkələr: Instagram
  • İstifadə qaydası: Yaratdığınız excel cədvəldən ümumi iştirakçı sayını və qalib sayını seçirsiniz, “generate” düyməsinə sıxırsınız və çıxacaq olan nömrə sırasındakı ad sizin seçmiş olduğunuz qalibdir
  • Ödənişsizdir

 

2. Miniwebtool.com

  • İstifadə olunduğu sosial şəbəkələr: Instagram
  • İstifadə qaydası: Müsabiqə keçirilən posta daxil olursunuz, rəyləri kopyalayırsınız və saytda rəylər üçün olan boşluğa əlavə edir, “pick” düyməsini sıxırsınız
  • Ödənişsizdir

 

3. Commentpicker.com

  • İstifadə olunduğu sosial şəbəkələr: Instagram, Facebook
  • İstifadə qaydası: Müsabiqə keçirilən səhifə ilə giriş edirsiniz, müsabiqə postunun linkini kopyalayırsınız, link üçün ayrılmış yerə əlavə edirsiniz və start düyməsini sıxdığınız zaman özü rəylər arasından qalib seçimini edəcəkdir
  • Ödənişsizdir
  • Qeyd: instagram üçün olan müsabiqələrdə daha çox son yazılan rəylərdən seçim edilir. Buna görə də seçim zamanı buna mütləq diqqət yetirin!

 

Tailwind İnstaqram platforması üçün apardığı son araşdırmalara görə müəyyən aralıqlarla müsabiqə keçirən səhifələr istifadəçilər tərəfindən hədsiz marağa səbəb olur. Müsabiqə keçirməyənlərlə nisbətdə keçirənlərin 70% daha çox istifadəçi qazandığının şahidi ola bilərik.

 

Siz də istifadəçi artımını və aktivliyin qalxmasını hədəfləyirsinizsə öz izləyici kütlənizi nəzərə alaraq maraqlı və brendinizə uyğun müsabiqələri müəyyən aralıqlarla keçirin. Buradakı əsas məsələlərdən biri onların düzgün və şəffaf keçirilməsidir və bu haqda sizinlə artıq danışdıq.

Sizə brendlərinizi qaldırmağa, iştirakçılara isə qoşulduqları müsabiqələrdə tez-tez qalib olmasını arzu edirəm :)

 

Müəllif: Mədinə Hüseyn

BİZİ İZLƏYİN