Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Hekayələrin həyatımızdakı rolu
Brandup
Brandup
16 Fev, 2021
1307

Hekayələrin həyatımızdakı rolu

Hekayələr (story) gündəlik həyatımızda baş verən hadisələri və anları paylaşmağın sürətli və asan yoludur. Hamıya məlumdur ki, hekayələr paylaşımlardan daha çox izlənilir və maraq doğurur.
Bir çox sosial media şəbəkələrində hekayə özəlliyi mövcud olsa da, günümüzdə daha çox aktivlik İnstaqram və Feysbukun payına düşür. 

Hekayələr 2016-ci ildə İnstaqramda, 2017-ci ildə isə Feysbukda yaradıldı. İstifadəçilərin əksəriyyəti bu xüsusiyyətlə Snapchat tətbiqi arasındakı oxşarlığı müzakirə edirdi. Zaman keçdikcə İnstaqram hekayələri daha da genişləndirdi və təkmilləşdirdi. Hal-hazırda da İnstaqram hekayələrin daha çox istifadəsi üçün günü-gündən yeni funksiyalar (musiqi, hekayə xəritəsi, IGTV alış-veriş və s.) əlavə edir.

 

“Highlight”larda önəm verməli olduğumuz məqam highlight cover-lərdir. Siz hekayələrinizin məzmununa əsasən cover-ləri müəyyən edə bilərsiniz. “Highlight”larda cover yerləşdirilməsi səhifənizi daha səliqəli göstərəcək.

  

Araşdırmalara əsasən gündəlik 400 milyondan çox insan hekayələrdən istifadə edir. Onlardan düzgün istifadə qaydasını bilmək lazımdır.
Hekayələrin düzgün paylaşılmasında önəmli olan məqamlar:
1. Paylaşacağınız şəkil və ya video 1080px-1920px uyğun olmalıdır. Hekayə paylaşılarkən şəklin və ya videonun keyfiyyətinə diqqət etmək lazımdır. Bəzən hekayələrdə gif və ya sticker istifadə etdikdə, keyfiyyətdə dəyişiklik baş verir.
2. Hekayənin üzərində olan mətn və sözlərin yerləşdirilməsinə diqqət etmək lazımdır. Yazıların aydın görünə bilməsi üçün kənarlardan müəyyən məsafə saxlanılmalıdır.
3. Hekayələrinizdə həştaqlardan istifadə sizə daha çox izləmə sayı gətirəcək. Həştaqları düzgün və məzmuna uyğun seçmək lazımdır. Əks halda hekayələriniz hədəflədiyiniz auditoriyaya çatmaya bilər. 
  
 
 Sosial mediada markanızın tanınması üçün paylaşımlarla bərabər hekayələrdə də aktiv olmağınız önəmlidir. Bu izləyici ilə sizin aranızda daha səmimi bir əlaqə yaradacaq. 

Araşdırmalara görə insanların 52 %-i markalardan daha tez və asan başa düşülə bilən hekayələr gözləyirlər. Hekayə müddətinin 15 saniyə olduğunu nəzərə alsaq, qəliz və uzun cümlələrdən istifadə etməyimiz məqsədə uyğun olmaz.

İnsanların 46 %-i isə markanın izləyicilərə müəyyən məhsul və ya xidmətləri barədə məsləhətlər verdiyi hekayələr görmək istəyirlər. Bu, məhsul və ya xidmətlərin istifadəsini insanlara daha aydın və rahat edir. 

Bütün bu nəticələri nəzərə alaraq siz gündəlik hekayə ideyalarınızı formalaşdıra bilərsiniz.

   

Hekayələrin dizayn edilməsinin ən asan yolu isə hekəyə yaratma tətbiqləridir. Bu tətbiqlər sayəsində siz kreativ hekayələr yarada bilərsiniz. Ən effektiv və kreativ hekayə tətbiqlərini sizinlə paylaşıram smiley
1. Mojo 
2. Animated Stories 
3. StoryLab
4. StoryStar
5. StoryArt
   
Bundan əlavə siz bəyəndiyiniz hekayələri yükləyə bilərsiniz. Bunun üçün də tətbiqlər mövcuddur. Bu zaman yükləmək istədiyiniz hekayənin linkini tətbiqə yerləşdirməyiniz kifayətdir. 

Gün keçdikcə hekayələrin sosial mediada önəmi artmaqda davam edir. Bu isə onlardan düzgün istifadəni zəruriləşdirir. Ümid edirəm ki, bütün bu qeyd edilənlər sizin üçün faydalı oldu. Həyat hekayələriniz daim rəngarəng olsun smiley
 

Müəllif: Səidə Çinani

 

BİZİ İZLƏYİN