Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Loqo vs. İdentifikasiya
Brandup
Brandup
8 Yan, 2020
1823

Loqo vs. İdentifikasiya

Son illər şirkətin brendinqində loqotip anlayışı bir qədər öz aktuallığını itirib, artıq vizual identifikasiya (visual identity) daha önəmli anlayış hesab olunur. Bu mövzu ilə bağlı May ayında Freepik19 Azerbaijan tədbirində çıxış etmişəm və indi bu bloq ilə fikirlərimi daha ətraflı izah etmək istəyirəm.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Talat R. Aliyev (@talatrali) on May 26, 2019 at 8:52am PDT

İdentifikasiya nədir?

İdentifikasiya (“firma” və ya “korporativ üslub”, “brand ID” “aydentika”) bir çox hallarda brendinq ilə qarışıq salınır. Brendinq - brendi formalaşdırmaq üçün marketinq fəndidir, identifikasiya isə - brendinqin bir hissəsi olaraq onun vizual komponentidir. Brendinqin əsas məqsədi - brendi yaratmaq, inkişaf etdirmək, məşhurlaşdırmaq, məhsul haqqında istehlakçıda pozitiv fikir yaratmaq və onunla uzunmüddətli əlaqə qurmaqdır.

Brendinq bir neçə bənddən ibartədir:
- Bazar araşdırması və hədəf kütləsinin təyin olunması
- Brendin strategiyasının hazırlanması
- Brendin quruluşu və aparılması
- Fəaliyyətin monitorinqi və brendinq effektivliyinin qiymətləndirilməsi

İdentifikasiya isə:
- Loqotip
- Sloqan
- Şriftlər
- Rənglər
- Atributlar (vizitkartlar, zərflər, qutular və s.) 
- SM platformalarda idarəetmə tərzi 
- Veb-sayt və s.

Niyə loqotip yox, məhz identifikasiya?

Bizim yaşadığımız zamanda şirkətin tək loqotip dizaynına fokus olması tam olaraq doğru deyil, çünki indiki dövrdə şirkətin vizual unikallığını bildirmək üçün müxtəlif yeni imkanlar mövcuddur. İdentifikasiya, yəni loqotip və korporativ üslub ideal şəkildə bir-biri ilə əlaqədə olmalı və çalışmalıdır. O, brendin tanınmasını artırmaq və ümumi təsəvvür yaratmaq üçün bir üsuldur. İdentifikasiya - loqotipdən tutmuş şirkət tərəfindən istifadə olunan kağıza qədər brendin vizual tərəfinə aid olan hər bir elementi özündə birləşdirir. 

(Deck of Scarlet by Reynolds & Reyner)

(KPIT by Pentagram)

(Waldo Trommler Paints by Reynolds & Reyner)

Burada göstərilən nümunələrdə görə bilərik ki, şirkətin loqosu bəzi hallarda çox sadə şəkildə əks oluna bilər, yəni sadə yazı həllindən və ya bəsit formadan ibarət olur, lakin o vizual identifikasiyası ilə birlikdə daha məqsədəuyğun, maraqlı və cəlbedici nəticə əldə edir.

(Tebriz Evleri by Brandup)

Şirkətin vizual identifikasiyası daim aktual olmalıdır. 

Müasir media mühitində hər 5-10 ildən bir estetik oriyentirlər dəyişir və dünyanın aparıcı korporasiyaları rebrendinq edirlər. Biz, Brandup olaraq hesab edirik ki, şirkətin loqotipi, daha doğrusu identifikasiyası ən azı növbəti 5 il ərzində tətbiq olunmalıdır, yəni həmin müddət o trenddə qalmalı və aktual olmalıdır. Tendensiyalar sürətlə dəyişir və buna görə şirkətlərin vizual brendinqləri köhnəlir. Halbuki, onlar qısa müddət əvvəl dəbli və aktual görünürdülər. Trendlərə uyğun və aktual loqotip, adətən imicini qoruyan və bunun üçün tələb olunan xərcləri qarşılayan şirkətlərdə olur. Bu, bazarda şirkətə müsbət imic və istehlakçı güvəni qazandırır.

 

Müəllif: Tələt Əliyev

BİZİ İZLƏYİN