Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Markalar Koronavirusa yoluxurmu?
Brandup
Brandup
27 mar, 2021
1526

Markalar Koronavirusa yoluxurmu?

Koronavirus markalara meydan oxuyur, çünki istehlakçılar sağlamlıqları və maddi rifahları üçün durmadan qoruyucu tədbirlər görürlər. Bununla da onların dəyişən davranışları böyük sosial və iqtisadi təsir göstərməyə davam edəcəkdir.

Məsələn, virusa məruz qalan ölkələrdə istehlakçı davranışında ilk olaraq toplu satınalmalar, könüllü təcridetmə kimi kəskin dəyişiklikləri görürük.

İstehlakçı davranışı dəyişəndə brendlər mütləq özünə sual verməlidir ki, “İtirməmək, həm də brend olaraq dəyərimi qaldırmaq üçün mən nə etməliyəm?”

1) Ən əsas  bu vəziyyətdə səmimi olub, investisiyanı müştəri ilə münasibətə yönəltməkdir.

Bir  çoxları düşünür ki, ümumiyyətlə heç nə etməli deyillər və sadəcə hər şeyin sakitləşməsini gözləməlidirlər, çünki hər kəs düşünə bilər ki, brend bu çətin gündə də öz xeyrini güdür. Əslində isə ehtiyyat etməkləri doğrudur, lakin düzgün kommunikasiyada elə bir qorxu yoxdur. Yəni brendlər vəziyyəti düzgün dəyərləndirib istehlakçının yanında olmaqla, onun yeni davranışlarına adaptasiya olmasına dəstək ola bilər.

2) Etibarlı və pozitiv olmaq

Brendlər müştərisi üçün etibarlı mənbəyə çevrilə və onların çətin vəziyyətində yanlarında olduqlarını göstərə bilər. Virusun yayılmasını dayandırmaq və ya onun digər mənfi təsirlərinin qarşısını almaq üçün təşəbbüs göstərmiş bir neçə markadan nümunə:

   

 

3) İnsanlara vaxt sərf etməyə və yeni ev vərdişləri yaratmağa kömək edin.

Bu, markaların insanlara evdə keçirdikləri vaxtdan səmərəli istifadə etmələrinə və yeni vərdişlərin mənimsənilməsinə təkan verməyə və bu zamanın boşa getmədiyini hiss etmələrinə kömək edə biləcəyi bir perspektivli istiqamətdir. Bir çox insanın məcbur və ya öz seçimləri ilə koronavirus müddətində evdə qalmağını nəzərə alaraq, yeni "evdə qal” deməklə motivasiya  verilə bilər.

Məsələn, Mentora Collage üçün yaratdığımız silsilə postlar vasitəsi ilə ev şəraitində IELTS biliklərini gücləndirmək üçün tövsiyyələr verilib. 

   

 

4) Onlayna keçək

İnternetdə alternativ rabitəyə keçid tendensiyasının davamını gözləyirik. Çində avtomobil satışlarında ümumi azalmaya baxmayaraq, onlayn avtomobil satışları böhranın ilk həftələrində artdı. Ayrıca, yalnız biznes görüşlərin deyil, həm də dünyada sərgilərin, konsertlərin virtuala keçirilməsini görürük. Yeri gəlmişkən, məşhurlarımızdan Tünzalə Ağayeva öz Instagram hesabında canlı konsert verdi.

  

 

P.S. Ümumiyyətlə, Brandup olaraq onlayn rejimə adaptasiya olmağımız cəmi bir neçə saatımızı aldı, ERP proqramlar və sosial şəbəkələr vasitəsilə işimizi eyni effektivliklə davam edə bilirik.

5) Yeni davranışların yayınmasında dəstək olaq.

Yeni davranışlar yarandıqca insanlar özlərini bəzən narahat hiss etməyə başlayırlar, çünki onlara elə gəlir ki, bu qaydalara yalnız onlar riayət edirlər. Məsələn, ənənələrimizə uyğun olan görüşmələrimiz, bayramda qohumlarımızı ziyarət etməyimiz və s. Bunları etməyən insanın kiməsə hörmətsizlik etməsinə görə deyil, əksinə hörmət etdiyi üçün belə davrandığını göstərməliyik. Onlara yeni davranışların düzgün olmağını hiss etdirməyimiz lazımdır.

P.S. Marketdə tualet kağızının alınmasını bu davranışlara aid etmirəm. :)

6) Yeni qaydalardan dərs götürək

Marketinq tarixindən bilirik ki, Netflix, Lego, Amazon və Domino's kimi markalar böhrandan necə düzgün istifadə edib böyüyüblər. Onlar anında bütün investisiyalarını yeniliklərə, müştərilərə qayğıya, alternativ qiymət modellərinə və şəffaf kommunikasiyaya yatırıblar. Halbuki, onların güclü rəqibləri bu zaman ya ümumiyyətlə bir müddət üçün itdilər və ya köhnə və həmin zaman üçün artıq uyğun olmayan addımlar atmağa davam etmişdilər. Sonrasını da özünüz bilirsiniz :)

Koronavirusa istehlakçı reaksiyası ekstrimal vəziyyətə misaldır. Bu vəziyyətdə biz avtomatikləşmiş vərdişlərimizi kənara qoyub şüurumuzu işə salırıq və daha diqqətli, daha həssas oluruq. Bizi düşünən markaları daha çox dəyərləndiririk və bu əsl uzunmüddətli münasibətlərə çevrilir.

İstehlakçıları cəlb etmək üçün işləyəcək güclü marka menecerləri bu çətin davranış dəyişikliyindən düzgün nəticə çıxararaq daha da sadiq və loyal izləyicilərini öz ətrafına toplayacaq güclü bir marka ilə çıxacaq.

Müəllif: Aynur Xan

 

 
BİZİ İZLƏYİN