Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Azərbaycan dilində məzmunun yaradanları
Tamerlan İsmayılov
Tamerlan İsmayılov
6 iyun, 2020
2456

Azərbaycan dilində məzmunun yaradanları

Keyfiyyətli kontentin istehsalı və insanların bu kontentə çıxışı şəxsi və peşəkar inkişaf üçün zəruri faktordur. Xarici mənbələrdən istifadə nə qədər vacib olsa da, məsələnin bir üzü də lokal kontentdir, bir tərəfdən tərcümə olunmuş materiallar, digər tərəfdən sırf yerli istehsal keyslər, kitablar, məqalələr, videolar və s.-nin olması olduqca vacibdir.

Ölkədə yerli kontent istehsalı üçün ciddi əmək sərf edən yoldaşların qədrini bilməliyik, çünki lazımi qarşılığını almasalar da, bu işi davam edirlər. Bu qəhrəmanları daha çox tanıtmaq və dəstək olmaq məqsədli onları bir araya topladıq, aşağıda siyahı formasında təqdim edirik. 


BİZNES və İdarəetmə

İlkin Manafovilkinmanafov.com - Bizneslə bağlı lakonik və praktiki videolar, məqalələr

Fəxri Ağayev - biznes, idarəçilik, karyera, peşəkar inkişafla bağlı vloq

AİRP - insan resurslarının idarəolunması mövzusunda faydalı videolar, canlı yayımlar

Xəqani Səfərov - HR option - idarəçiliklə bağlı faydalı video və yazılar

Azərbaycan Sahibkarlar Konfederasiyası - kiçik və orta bizneslərə faydalı ola biləcək məlumatlar, yeniliklər, maarifləndirmə xarakterli məzmun

Cavid Abasovhttp://www.cavidabasov.com/ - biznes plan, strategiya, analitika barədə yazılar

Vüsal Mahmudov - həm fb profilində, həm də YouTube kanalında idarəetmə, standartlaşdırma, sertifikatlaşdırma haqqında faydalı kontent yaradır

 

MARKETİNQ və SATIŞ

Orxan Rzayev - həm facebook profilində, həm də https://orkhanrza.com/ saytında trendlər, startaplar, marketinq, sosial media mövzularında 6 ildən çoxdur ki, yaradır 

mktg.az - marketinq, rəqəmsal, brendinq və s. mövzularda məqalələr

Rafiq Hunaltay - həm fb profilində faydalı kontent yaradır, həm də http://hunaltay.com/ saytında

facemark.az - marketinqlə bağlı müxtəlif müəlliflərin bloqlar yazdığı platforma

markzone.az - marketinqlə bağlı müxtəlif müəlliflərin bloqlar yazdığı platforma

Müşfiq Şirəliyev - rəqəmsal marketinqlə bağlı vloqlar

Aynur Haşim - marketinqlə bağlı informativ postlar paylaşır, həmçinin telegram kanalına abunə olmaqla bu məlumatlardan faydalanmaq olar

 

ŞƏXSİ İNKİŞAF

Elvin Dadaşsoy - şəxsi inkişaf mövzularında postlar, videolar, canlı yayımlar və vebinarlar

Könül Quliyeva - bədən dili və effektiv ünsiyyətlə bağlı vebinarlar, canlı yayımlar və vloqlar

Nəcəf Allahverdiyev - şəxsi inkişaf, natiqlik, psixoloji mövzularda vebinarlar, canlı yayımlar

Coaching.az - şəxsi inkişaf, motivasiya, kouçinq mövzularında məqalələr

 

SƏYAHƏT

Baba Ağayev - səyahətlə bağlı bloq

Jalə Ələkbərova - Instagram - YouTube - sərfəli səyahətlə bağlı bloq, faydalı məsləhətlər

Həvva Səfərova - Instagram - Youtube - uşaqlarla səyahət, valideynlik, lifestyle bloq

Azər İsmayıl - səyahətlə bağlı bloq 

 

DİGƏR

Technote - https://technote.az/ - texnologiya, sosial media, rəqəmsal marketinq, startaplar barədə

http://avtostop.tv/az - yol hərəkəti qaydaları, qanunlar və s. barədə ətraflı və sadə dildə məlumat

Organic Elm - https://organicelm.com/ - elm və din mövzusunda maraqlı araşdırmalar və yazılar paylaşılır

Belə-belə işlər - müxtəlif mövzularda, xüsusilədə tarixə öz izini salmış həmvətənlərimiz barədə maarifləndirici videolar

Cəfər Nəcəfov - https://jafarnajafov.com/ - Cəfər bəy onlayn biznes, marketinq, şəxsi effektivlik və başqa bir çox mövzularda kontent yaradır

Xaricdə çörək - xaricdə təhsillə bağlı faydalı və səmimi vloqlar

Murad Akifsoy - psixoloq Murad Akifsoy həm öz telegram kanalında, həm də vebsaytında mütəmadi olaraq faydalı məlumatlar paylaşır

Vəfa Əli - lifestyle, valideynlik, fərdi inkişaf mövzusunda vloqlar

Aslan Məmmədzadə - yeni dil öyrənməklə bağlı faydalı məsləhətlər

Sərxan Rüstəmov - mütaliə, kitablar və valideynliklə bağlı youtube kanal

Tunar Süleymanlı - MS Excel proqramını bu kanal vasitəsilə sıfırdan öyrənə bilərsiniz

Asif İbrahimovhttps://asifibrahimov.com/ bloqunda startaplar, texnoloji yeniliklər və digər mövzularda yazır

Yaşar Əhmədli - biznes proseslər, mühəndislik barədə bloq

ixtisas.az - ixtisas seçimi ilə bağlı abituriyentlər üçün faydalı mənbə

Elmir İsgəndərov - bu kanalda uşaq psixologiyası, valideynlər üçün tövsiyyələrlə bağlı vloqlar yer alır

DataSoCool bloq - data analitikası ilə bağlı məqalələr

 

Biz də Brandup olaraq 3 ildən çoxdur ki, 70-ə yaxın bloq yazmışıq, həmçinin videolar çəkirik, canlı yayımlar edirik. Məqsəd sözsüz ki, bazarın inkişafıdır, faydalarını saymaqla bitməz, ziyanını isə hələ bir dənə də tapa bilməmişəm. Ümid edirəm ki, getdikcə belə şəxslərin, platformaların sayı daha da artacaq.

Paylaşın ki, daha çox insan məlumatlansın. Oxuduğunuz üçün təşəkkürlər!

 
BİZİ İZLƏYİN