Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Adı ilə yaşasın
Brandup
Brandup
3 May, 2019
1256

Adı ilə yaşasın

Məhsulun adını qulağına pıçıldayın.. Adı ilə yaşasın…

Adlar hər yerdə, hər işdə vacibdir. İnsan adları da bu mənada çox ciddi əhəmiyyət kəsb edir.

Hər hansı məhsul bazara çıxarılmazdan əvvəl, istehsal prosesindən və testdən keçdiyi, tələb olunan keyfiyyət standartlarına çatdırıldığı mərhələlərdə insanlar çox zəhmət çəkirlər. Buna söz yoxdur, amma məhsulu ictimaiyyətə, istehlakçı qarşısına, başqa sözlə, bazara çıxaranda ona bir ad da verilməsi önəmlidir.

Kiminsə xətrinə dəyə bilər, amma uzun illərin təcrübəsi göstərir ki, ad çox, lap çox önəmlidir.

Ad A nöqtəsindən B nöqtəsinə gediləcək yol qədər önəmlidir.

Ad suya buraxılan gəmi, A-dan start götürən raket, ilk addımını atan körpə taleyinin birinci və mühüm addımıdır.

Hər şey bir zaman nədənsə başlayır.

Biz addan danışırıq. Bəzən heyrətlənən də olur, belə bir peşə də varmış...

Mətn yazarı…

Ad qoyan…

Başqa sözlə, daha dəblə desək, neymer…

Neymar yox ha… Neymer…

Ümumiyyətlə, peşənin pisi-yaxşısı olmur…

Peşəsində, sənətində, işində xoşbəxt insanlar var, bir də yerdə qalan insanlar…

Sevimli iş sənin zamanını çox aparır, sənə olmazın duyğulu həyat anlarını yaşadır.

Bunu bilənlər bilir, önəmli olan işin təntənəli finalı deyil, ad-san və mükafatlar verilən anlar deyil, ən maraqlısı yaradıcılıq prosesinin özüdür.

Hansı peşədə olmasından asılı olmayaraq.

Biz dəbli avtomobillər və geyimləri yaradanlardan yox, onları istifadə edənlərdən danışırıq.

Amma bu anda avtomobil dizaynerinin, dərzinin keçirdiyi sevincdən, onun yaşadığı gözəl anlardan xəbərsizik.

Zahiri parıltının arxasında yaradıcılıq və axtarışlar durur.

Peşəni sevmək və həyatını ona həsr etmək üçün seç, eqona meydan vermək,  saxta təbəssümlə alqışlar qazanmaq üçün yaşama…

Pis diş həkimi olmaqdansa yaxşı çəkməçi olmaq daha gözəldir.

Hamı səni adla çağıracaq.

Çəkməçi Həsən…

Bəli, adla…

Hansı adla?

Bax bu çox vacibdir!!!!

SƏNİN GƏLİB ÇIXDIĞIN NÖQTƏDƏKİ MARKALAŞAN ADINLA…

və ya tam əksinə…

(ardı var)

 

Müəllif: Teymur Məmmədov,

Neymer (adverən)

BİZİ İZLƏYİN