Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Qaliblər təsadüfi qaydada seçiləcək
Brandup
Brandup
7 Fev, 2020
1344

Qaliblər təsadüfi qaydada seçiləcək

Yəqin, başlıqdan artıq nə haqqında danışacağımızı təxmin edirsiniz. Bu gün qaliblərin təsadüfi qaydada seçildiyi müsabiqələrdən bəhs edəcəyik. Sosial medianın hər gün dəyişən alqoritmləri sayəsində səhifələrin aktivliyini saxlamaq üçün müsabiqələr mütləqdir. Tövsiyə edirik, ayda ən az 1 effektiv nəticə verəcək müsabiqə keçirəsiniz. Say şirkətin fəaliyyət sektoruna, əsasən dəyişə bilər.
Bəs bu müsabiqələr nə zaman effektiv olur?
Bloqda bu barədə ətraflı danışacağıq.
İlk başdan sadə görünən bu müsabiqələrdə diqqət edilməli məqamlara nəzər salaq ⬇

Diqqət! Stalkerlər!
Sosial mediada bir kütlə var ki, onların platformaya giriş məqsədi müsabiqələrdir. Hədiyyənin onlara aidiyyətindən asılı olmayaraq müsabiqələrdə iştirak edir, profillərini sadəcə konkurslar üçün istifadə edirlər. Hətta həmin istifadəçilər artıq bir-birlərini tanıyır, “Mənim hədiyyəmi filankəs götürəcək” belə deyirlər. Biz xüsusi qrup açdıqlarını və orada müsabiqələr haqqında məlumatları bir-birinə ötürdüklərini də bilirik.

- Səhifədən effektivlik yaratmayan bu stalkerlərdən necə qaça bilərik?
- Müsabiqənin şərtlərini bir qədər qəlizləşdirərək.

Həmin istifadəçilər sadəcə dostlarını işarələyib, postu paylaşmağa meyillidirlər. Əlavə şərtlərə açıq deyillər və ona sərf edəcəkləri vaxta əlavə 3 asan müsabiqəyə qoşulacaqlar. Odur ki, müsabiqənin şərtlərini dəyişin. 

Satışda müsabiqənin gücü ;)

Müsabiqə onlayn satış üçün əla fürsətdir. Şərti elə satışla kəsin və qaydaları elə qoyun ki, izləyici məhsuldan istifadə etsin. Təbii ki, bu qayda bütün şirkətlərə aid edilə bilməz. Məhsul və hədiyyə faktoruna, əsasən satış ehtimalı dəyişə bilər. Siz yenə də şərt qoyarkən satmağa çalışın ;)
 

Sizə kim lazımdır?
Yalnız auditoriyanıza müraciət edin. Məhsulunuza marağı olmayan insanlar sizin müştəriniz deyil, onların müsabiqədə iştirakı qısamüddətli aktivlik gətirə bilər. Siz isə potensial müştərilərlə kommunikasiya qurmalısınız. Onların dili ilə danışın, istəklərini, narazılıqlarını öyrənin, könüllərini xoş tutun :)

 

Sharing is caring!
Müştərilərinizin dostlarına, hətta onların dostlarına çatmağa çalışın. Bir şərt qoyun, amma müsabiqəniz dillərə dastan olsun.

Bir də hədiyyə verərkən əliaçıq olun ki, sizi yaxşı xatırlasınlar :)

 

Müəllif: Nigar Şabanova

BİZİ İZLƏYİN