Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Təsəvvür edin ki, yayımdasınız
Brandup
Brandup
17 apr, 2021
1453

Təsəvvür edin ki, yayımdasınız

Təsəvvür edin ki, Sosial Şəbəkə bir TV kanalıdır və hər gün onu milyonlarla istifadəçi izləyir.

Siz isə öz brendinizi orada tanıtmaq, potensial alıcılar əldə etmək istəyirsiniz.

Potensial alıcıya çatmaq üçün isə təbii ki, ödənişli reklamlardan istifadə etmək mütləqdir.

Nəticənin uğurlu olması üçün isə siz müəyyən strategiya və planlama əsasında addımlar atmalısınız. Bunlar birlikdə edildikdə gözlənilən nəticələrə çatmaq mümkündür.

İndi isə gəlin qısaca strategiya və planlama haqqında danışaq.

 

 

Məqsəd. Sosial Şəbəkə Marketinqinə başlamazdan əvvəl ilk olaraq 1 suala cavab verin. Hansı məqsədə görə burada aktiv olmaq istəyirəm?

Bir neçə misal gətirim. Siz satışları artırmaq, brendinizi tanıtmaq, saytın trafikini artırmaq, lidlər əldə etmək və s məqsədlər üçün sosial şəbəkələrdə fəaliyyət göstərə bilərsiniz.

Potensial müştəri. Daha sonra potensial müştərinizi tanımaq lazımdır. Bu həm kontentin hazırlanmasında, həm də reklam tənzimləmək üçün targetinqdə sizə faydalı olacaq.

Onun neçə yaşı var? Cinsi nədir? Harada yaşayır? Ortalama gəliri necədir? Ailə vəziyyəti necədir? Maraqları və seçimləri nə ola bilər? Və s kimi sualları cavablayaraq onun ilkin porteritini hazırlaya bilərsiniz. Bu məqamları nəzərə alaraq tənzimlənən reklamın effektiviliyini özünüz də hiss edəcəksiniz.

Kontent 

 

 

Kontentin vacibliyini bu sırada unutmayın, çünki o sizin izləyicilərlə aranızda olan bağı yaradır. Yalnız satışa aid paylaşımlara/reklamlara yönəlsəniz bir müddət sonra maraqsızlaşacaqsınız və izləyiciləriniz sizdən bezəcək.

Fərqli istiqamətlərə toxunan, izləyiciləri cəlb edən, sizi onların gözündə işinin eksperti kimi göstərən paylaşımlardan istifadə etməyinizi tövsiyə edirəm.

Beləliklə, strategiya, potensial müştərinin ilkin portreti və kontent plan hazırdır. İndi isə sıra gəldi çatdı reklama.

 

Büdcənin seçimi.

 

 

Büdcə seçimi individual bir məqamdır, lakin təcrübəyə dayanaraq deyə bilərəm ki, bir çox hallarda müştəri tərəf reklam büdcəsini əvvəldən təyin etmir. Komandamızla qarşı tərəfin məqsədinə/istəklərinə uyğun olaraq büdcə və KPI-lar tərtib edirik. Sonda isə ortaq məxrəcə gəlib bu büdcəyə əsasən reklamları tənzimləyirik.

Büdcə seçimi daha rahat olsun deyə sizinlə “CMO Survey”-in araşdırma nəticələrini paylaşıram.

B2B sektorunda şirkətlər illik dövriyyənin 2-5%-ni, B2C sektorunda isə 5-10%-ni Marketinqə ayırır. Bu ümumi marketinqə aiddir. B2B xidmət şirkətləri həmin büdcənin 20.5%-ni, B2B məhsul şirkətləri isə 16.6%-ni Sosial Şəbəkələrə ayırır.

B2C xidmət 24.5%, B2C məhsul 20.0%-ni Sosial Şəbəkələrə ayırır.

Bu linkə daxil olaraq isə Rəqəmsal Marketinq büdcəsinin təyini üçün ödənişsiz kalkulyatordən faydalana bilərsiniz.

Büdcə də təyin edildikdən sonra onu əvvəldən təyin etdiyiniz məqsədlərə uyğun olaraq bölürsünüz.

Gəlin, kiçik bir misal əsasında bunu birlikdə edək.

Məsələn, sizin biznesiniz üçün Növbəti 3 ayda ayıra biləcəyiniz büdcə 300$ təşkil edir (ümumilikdə 900$)

Məqsədiniz: Səhifənin bəyənmə sayını 1500-dən 3000-ə çatdırmaq, səhifənin “reach” göstəricisini artıqmaq və yeni çəkilmiş tanıtım videosuna çoxsaylı baxış əldə etmək.

Daha əvvəl reklam yerləşdirmisinizsə, orada gələn ortalama qiymətlərlə 3 ay ərzində əldə edə biləcəyiniz təxmini nəticələri hesablaya bilərsiniz.

Məsələn, 1 like üçün ortalama 0,15$ xərclənib, demək ki, 1500 like üçün sizə 225$ lazım olacaq. 900-225 = 675$ qaldı.

Sonra isə bu büdcəni “Video-view” və “reach” arasında bölməyiniz lazımdır (prioritetlərə əsasən).

Daha əvvəl heç reklam yerləşdirməmisinizsə auditoriyanıza uyğun ortalama qiymətləri və geridönüşləri bilmək üçün mütləq test edin. Nəticələrə uyğun olaraq isə növbəti addımları təyin edin. əvvəlki təcrübə və testlərə əsasən tənzimlənən reklamların daha effektiv olduğunu özünüz də hiss edəcəksiniz.

 

Müəllif: Almaz Quluzadə 

BİZİ İZLƏYİN