Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Grand Agro


Grand Agro 2017-ci ildə yaradılan, PMD Group-un kənd təsərrüfatı və istehlak məhsullarının istehsalı üzrə tərkibinə daxil olan şirkətdir. Əsas fəaliyyət növü kənd təsərrüfatıdır. Şirkət hal-hazırda Abşeron yarımadasında zeytun və badam bağlarının satışı ilə məşğuldur. Grand Agro-nun əsas məqsədi istehlakçıları Abşeron yarımadasında kənd təsərrüfatının inkişafına kömək edən yüksək keyfiyyətli qida məhsulları ilə təmin etməkdir. Öz fəaliyyətini həyata keçirərkən şirkət yerli əhalinin, ekologiyanın və ətraf mühitin rifahının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. Grand Agro-nun gələcək planlarına zeytun yağı istehsalı zavodunun, istixana komplekslərinin tikintisi və meyvə bağlarının inkişafı daxildir.

Loqotip zeytun ağacı və şirkətin əsas fəaliyyətini əhatə edən kənd təsərrüfatı sahələrinin təsvirinə əsaslanır. Əsas rəng kimi bitki mənşəli yaşıl çalarları olan zeytun rəngindən istifadə edilib. Bu, işin ümumi anlaşılmasını daha təmiz və ekoloji cəhətdən səmərəli istiqamətə yönləndirdi. Son variant çox canlı, parlaq, müasir olduğundan dərhal müştəri tərəfindən təsdiqləndi.