Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

West Town - Branding


"Körpü-Bina-Tikinti" şirkətinin növbəti iri həcmli layihəsi isə 17 binadan ibarət olacaq “WEST TOWN” yaşayış kompleksidir. Kiçik şəhərciyi xatırladan kompleksdə sakinlərin rahatlığını təmin edəcək bütün infrastruktur qurulub.

Hazırladığımız loqoda istifadə olunan elementlər kompleksin adının baş hərflərindən ilhamlanıb. Eyni zamanda yuxarıdan üfüqi və şaquli görünüşcə loqo bütünlükdə müxtəlif binalardan ibarət bir yaşayış kompleksini özündə əks etdirir. İstifadə olunan rəng çalarları boz və yaşıl olmaqla yaşıllıq və tikinti materiallarını təmsil edir. Tərəfimizdən yaşayış kompleksi üçün sloqan və təqdimat dizaynı da hazırlanmışdır.