Благодарим!

Мы свяжемся с вами в течение 24 часов.

Блог

2017-ci ilin ilk 6 ayına olan sosial media trendləri
5 İyul, 2017
2013

2017-ci ilin ilk 6 ayına olan sosial media trendləri

Sosial medianın ötən onillikdə yaranmasına baxmayaraq, milyonlarla, hətta milyardlarla sayıla bilən kütləni özündə cəmləyə bilib. İmkanları durmadan yenilənən sosial media anları bölüşmək üçün yaradılsa da, bu platforma günümüzdə müvafiq kütləyə düzgün təyin edilmiş zaman ayrıcında informasiyanı ötürmək üçün ən böyük marketinq strategiyasına çevrilməkdədir. Sosial medianın özünəməxsus informasiyanı “virus” kimi tez yaymaq gücü var.  Bu gücü idarə edənlərdən olmaq istəyənlər trendlərlə ayaqlaşmağı bacarmalı, SMM yeniliklərindən agah olmayanlar isə sosial şəbəkələrin verə biləcəyi fantastik imkanlardan məhrum olmağı gözə almalıdırlar.

Diqqətinizə 2017-ci ilin ilk 6 ayına olan 5 aktual trendi çatdırmaq istərdik:

1. “Live-Video”

2004-ci ildə Youtube belə əsl sensasiya idi. Üstündən 13 il keçir və nəinki video çəkilişi aparmaq və paylaşmaq, bunu canlı-canlı etmək imkanımız yaranıb. Meerkat ilk belə imkanlar yaradan tədbiqlərdən biridir. Daha sonra populyarlığı Periscope ələ alır. 2016-ci ildən bu sahədə yeni rəqiblər - Facebook,  Instagram, Snapchat Live-videoları tədbiq edir. 2017-ci ildə isə kommunikasiyanın bu növü daha çox izləyici cəlb etməsinə görə digər vasitələri geridə qoyur.

Sual yaranır ki, live-videolar niyə bu qədər marağa səbəb olub? Bir neçə il əvvəllə analogiya aparsaq, insanların live-videolara cəlb olunub baxması nə vaxtsa TVdə bir proqramı günlərlə, aylarla gözləyib izləməsinə bənzəyir. Marketoloqlar qeyd edirlər ki, Live-videoların bir sıra psixoloji üstünlükləri də var. Bunlardan ən əsası videonun canlı olmasından kütlənin informasiyanı “isti-isti” mənbədən ala bilmə düşüncəsidir.

2. “Müvəqqəti” kontent

Daha çox izləyicinin diqqətini cəlb etmək böyük və nisbətən kiçib brendlər arasında bitməyən mübarizədir. Nəticə isə nədir? İnformasiya həddindən artıq çoxdur, seçilmək daha da qəlizləşir və sadə marketing vasitələri artıq işə yaramır. Snapchat isə yenilik etdi, kontentə “yox ola bilmək” xüsusiyyəti verdi. Hər birimiz informasiyanı yaddaşda saxlayıb, daha sonra tanış olmaq imkanımız olacağından çox zaman üzərindən keçir və bu barədə unuduruq.

Kontentin 24 saatdan sonra silinməsi izləyicilərdə kontentlə tez tanış olmaq məsuliyyəti doğurdu. Kontentin dəyərini bu cür süni üsulla artırmaq digər şəbəkələr tərəfindən də böyük marağa səbəb oldu və “müvəqqəti” kontent Instagram, Facebook, Messenger, Instagram, WhatsApp, Vkontakte şəbəkələrində də əlavə olundu. Story-lər sıralamada ən üst hissədə yerləşir və informasiya axınında itmir, həmçinin kontent olaraq story-lər vasitəsi ilə anonslar vermək, müsabiqələr keçirmək prosesi daha  sadələşir.

3. “GİF”

2017-ci il GİF-lərin yaranmasının 30 illiyi tamam olan və ekspertlərin proqnozlarına əsasən onların rəqəmsal marketinqin ən potensiallı alatlərindən birinə çevriləcəyi ildir. Adi şəkillərdən fərqli olaraq animasiyalı olan bu fayllar daha cəlbedici və effektivdir, videolarla müqayisədə isə daha ucuz başa gəlir və asan hazırlanır.  Bu faktdır ki, insanlar vizual effektsiz informasiyanın yalnız 20%-ni yadda saxlamaq qabiliyyətinə malikdirlər, lakin eyni informasiya GİF-lə təqdim edilən zaman, onun effektivliyi 65%-dək artır. Forbes-un verdiyi statistikaya əsasən Giphy-nin gündəlik istifadəçilərinin sayı 100 milyonu keçmiş, gündəlik göndərilən GİF-lərin sayı isə 1 milyarddan artıqdır. Günümüzdə Facebook Messenger, Twitter, Tinder, WhatsApp, Telegram və digər məşhur sosial şəbəkələr Giphy kitabxanası ilə bağlıdır.

4. “Chat-Bot”

Facebook Messenger  tək sıradan istifadəçilər üçün deyil, həm də marketoloqların fəal istifadə edə biləcəyi alətə çevrilməkdədir. Son zamanlar marketoloqlar müştərilərə dəstək və məsləhətləri Messenger vasitə ilə verir, onlar haqqında məlumat toplayırlar. Bu işdə onlara yardımçı olan Messengerdə yeni chat-botlar platformasının istifadəyə verilməsidir və bununla müştərilərin suallarının cavablandırılmasını botlar həyata keçirir, həmçinin müştəri məhsul barədə məlumatı əldə edə, sifariş, bron edə bilir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

5. “Artırılmış reallıq”

2016-cı ildə Pokémon Go və Snapchat “Augmented Reality (AR)” üzrə popularlıq qazandı və 2017-ci il bunu göstərir ki, digər sosial media liderləri də - Facebook, Messenger, Instagram müxtəlif növ filter və linzalardan istifadəni özündə tədbiq edir, həm də paylaşılan videoların 2017-ci ildə pik həddə çatacağı proqnozunu nəzərə alsaq, Facebook şəbəkəsinin videolarda filterlərdən istifadə imkanı yaradan MSQRD tədbiqinin satın almaqda məqsədini anlaya bilərik.

Bütün bu trendləri nəzərə alaraq o qənaətə gəlirik ki, onların yaranma səbəbi əsasən böyük informasiya axınında seçilmək, qalıcı təəssüratlar yaratmaq arzusudur. Bu o deməkdir ki, sosial media fərdi yanaşmaya köklənərək yaxşı tərəfə dəyişməkdədir. SMM strategiyanızı yeniliklərə hər zaman adaptasiya olmağa hazır və hər bir inkişafdan istifadə edə biləcək şəkildə yaradın.

2017-ci ilin digər yarısına olan gözləntilərə əsasən kompüterlərə nisbətən mobil telefonlar üzərindən sosial mediadan istifadə edənlərin sayı daha da artacaq. Məhz buna görə reklam elanlarının və saytların mobil versiyalarını təkmilləşdirin, satışın mobil tətbiqlər üzərindən daha effektiv həyata keçiriləcəyini nəzərə alın.  Bununla yanaşı marketoloqlar qlobal şəbəkələrin birləşəcəyini gözləyirlər. Nümunə kimi uğurlu Microsoft Linkedinin birləşməsini qeyd edirlər və bu trendi Google, Apple, Facebook, Twitter platformalarına da aid edirlər.