Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Off-page SEO
Elməddin Yusifli
Elməddin Yusifli
27 Dek, 2018
1508

Off-page SEO

Mövzumuza keçməmişdən əvvəl, bu yazını oxuyan hər kəsin qarşıdan gələn Yeni ilini və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təbrik edirəm. Ümid edirəm ki, növbəti il sizin biznesiniz, karyeranız, təhsiliniz üçün daha da uğurlu olar. 2019-cu il üçün planlarınızda SEO ilə bağlı hər hansı fəaliyyət nəzərdə tutulubsa, bu məqalənin sizin üçün faydalı olacağına inanırıq.

İndi isə keçək mövzumuza. Axtarış motorlarında (Google, Yandex, Bing və s.) ilk sıralarda çıxmaq üçün görülən işlər ümumilikdə 2 əsas hissəyə bölünür: On-page SEO və Off-page SEO. On-page SEO saytınızın daxilində görülən tədbirlərdir: saytın yüklənməsinin tezləşdirilməsi, kontentin açar sözlərə uyğun optimizasiyası, linklərin optimizasiyası (link building) və s. Bəs Off-page SEO nədir?

Axtarış nəticələrində ilk sıralarda çıxmaq üçün saytdan xaricdə sizin və digərlərinin gördüyü işlər Off-page SEO adlanır. Bəs bu saytdan kənarda görülən işlər hansılardır?

Backlink – digər saytlardan sizin saytınıza keçidlər.

Bəlli bir müddətə qədər backlinklər axtarış nəticələrindəki sıralamalara ciddi təsir edə bilirdi. Bunun da əsas səbəbi ən böyük axtarış sistemi olan Google-un Page Rank alqoritminə əsasən sıralamanı müəyyənləşdirməsi idi.

Qeyd:  Google alqoritmləri ilə bağlı yazdığım bloqda həm Page Rank, həm də digər alqoritmlər barədə məlumat əldə edə bilərsiniz. 

Black Hat SEO expertləri” adlandırdığımız şəxslər Page Rank alqoritminin işləmə prinsipini öyrəndikdən sonra süni şəkildə backlinklər əldə edirdilər. Beləliklə, asan şəkildə axtarış nəticələrində yüksələ bilirdilər. Əsas məqsədi istifadəçi məmnuniyyəti olan Google bunun qarşısını almaq üçün müxtəlif tədbirlər görməyə başladı və artıq backlinklər əvvəlki qədər önəmli olmadı. Günümüzdə Google sıralamanı 200-ə yaxın amillərə əsaslanaraq süni intelektin köməyi ilə müəyyənləşdirir. Bu amillər sırasında backlink hələ də qalmaqdadır. Bəs yaxşı, backlinklərlə işləyərkən hansı məsələlərə diqqət yetirmək lazımdır?

İlk olaraq backlink satan heç bir saytdan keçidlər almamalıyıq. Çox güman ki,  həmin sayt sizin kimi onlarla, yüzlərlə başqa saytlara da backlink vermiş olacaq və Google-un süni intelekti bu tip saytları SPAM olaraq müəyyənləşdirdikdə, backlinklərin sahib olduğu saytları da cəzalandırır.

Qeyd 2: Əgər saytınıza şübhəli mənbələrdən keçidlərin gəldiyini müəyyənləşdirmisinizsə, yaxşı olar ki, həmin saytları Google Console-un Disavow links aləti vasitəsilə Google-a bildirərək, onlardan gələn mənfi təsirləri uzaqlaşdırasınız. Bu alət haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Backlink fəaliyyətində nə etməməli olduğumuzu öyrəndik, indi isə bu istiqamətdə görə biləcəyimiz işlərə baxaq.

  • İlk əvvəl saytımızı hədəf kütləmiz üçün maksimum dərəcədə rahat və faydalı məlumatlarla təmin etməliyik ki, saytımızın istifadəçiləri müxtəlif məcralarda saytımızı paylaşsınlar.
  • Şirkətimizin PR şöbəsinin köməyindən istifadə etməliyik. Necə? Təsəvvür edək ki, biz  müştərilərimizə X bir xidmət təqdim edirik və həmin xidmət haqqında saytımızda geniş məlumat yerləşdirmişik. Təqdim etdiyimiz xidmətə uyğun açar sözlər üzrə yüksək axtarış nəticələri olan saytları müəyyənləşdirib (blog, xəbər və s. tipli saytlar) onların saytında xidmətimiz haqqında məqalə paylaşmağımızı təmin edə bilərik. Həmin məqalədən də saytımızdakı xidmət haqqında məlumat olan səhifəyə keçid veririk.
  • Forum  tipli saytlarda, sualları cavablandırma və ya mövzular açarkən saytımıza keçid verə bilərik, ancaq çalışmalıyıq ki, spam etməyək.

SMM

Yüksək PageRank və TrustRank-ə sahib olan sosial şəbəkələrdən saytımıza keçidlər alaraq öz TrustRank-imizi qaldıra biləcəyinizi fikirləşirsinizsə, sizə bir pis, bir də yaxşı xəbərim var.

Başlayaq pis xəbərdən. Sosial şəbəkələrdən verilən keçidlər rel="nofollow" atributu ilə verilir ki, bu da həmin saytların keçid verilən saytlara güvənmədiyini və axtarış motorlarından bunu “hesaba qatmamasını” tələb edir :)

Yaxşı xəbər isə odur ki, sosial şəbəkələr saytımıza dəyərli trafik çəkə biləcəyimiz əvəzsiz mənbələrdir.

Yuxarıdakı 2 şəkildə biz sosial şəbəkələrdən gələn istifadəçilərin davranış göstəricilərinin saytın ortalama göstəricilərindən daha yaxşı olduğunu görürük.

Bounce Rate  - sayta daxil olan istifadəçilərin ilk səhifədən saytı tərk etmə faizin göstərir. Bu göstərici nə qədər az olsa, o qədər yaxşıdır.

Page/Session - sayta daxil olan istifadəçilərin gəzdikləri səhifə sayı ortalaması. Bu göstəricinin çox olması yaxşı göstəricidir.

Average Session Duration - sayta daxil olan istifadiçələrin ortalama saytda qalma müddəti.

Bu göstəricilərdən aydın olur ki, sosial şəbəkələrdən uğurlu fəaliyyət nəticəsində saytımıza dəyərli trafik ala bilərik ki, belə trafikin həcmi nə qədər çox olsa, Google anlayacaq ki, biz istifadəçilər üçün faydalı və rahat saytıq. Yuxarıda da qeyd etdiyimiz kimi əsas məqsədi istifadəçi məmnuniyyəti olan Google belə saytları axtarış nəticələrində yuxarı sıralarda çıxartmaqla mükafatlandırır.

Sosial şəbəkələrdə fəaliyyətin önəmi ilə bağlı başqa bir nüans odur ki, bizim sosial şəbəkələrdə olan səhifələrimiz şirkətimiz ilə bağlı axtarışlarda ilk sıralarda çıxır ki, bu birbaşa saytımıza trafik gətirməsə də biznesimiz üçün faydalıdır.   

Aşağıdakı şəkildə aylıq axtarış sayı təxmini 4400 olan “xalca yuma” açar sözündə çıxan 3-cü nəticənin bir xalça yuma xidməti göstərən şirkətə məxsus Facebook səhifəsi olduğunu görürük. 

Bu nəticəyə 2 əsas amil təsir edir:

  1. Şirkətin Facebook səhifə adı açar söz tərkiblidir.
  2. Facebook.com domeninin axtarış motorları üçün güvənilir bir domen olması.

Düşünürəm ki, bu nümunə şirkətinizin sosial şəbəkələrdə mövcudluğunun nə qədər önəmli olması ilə bağlı sizdə fikir formalaşdıra bildi.

Hələlik bu qədər, ümid edirəm ki, mövzu və paylaşdığım məlumat sizin üçün faydalı oldu. Yeni ildən yeni mövzular və yeni bloqlarla qarşınızda olacağıq.

BİZİ İZLƏYİN