Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Red Gold


“Red Gold” Abşeron yarımadasında zəfəran becərilməsi və istehsalı ilə məşğul olan şirkətdir. Bir çox xüsusiyyətləri özündə cəmləşdirən zəfəranın müntəzəm qəbulu qanı təmizləyir, dərini yaxşılaşdırır, əhval-ruhiyyəni qaldırır və bütün bədəni canlandırır. Zəfəran dünyadakı ən bahalı ədviyyatlardan biri və unikal bitki mənşəli dərmandır. 

Çoxsaylı çiçək eskizlərindən sonra həm müasirliyi, həm də klassikliyi bildirən ən uyğun nisbəti və görünüşü əldə etdik. Loqo özündə altı ləçək və 3 zəfəran toxumunu birləşdirir. 

Rəng seçimi zamanı qurudulmuş zəfəran ləçəkləri və brendin adına uyğun olaraq qırmızının çalarlarına üstünlük verdik. Bu da brendin imicinə incəlik və eleqantlıq gətirdi. 

Nəticədə saf və zərif brendinq alındı və sifarişçi tərəfindən dərhal təsdiqləndi.