Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

STP 10th Anniversary


Regionun ən böyük sənaye mərkəzlərindən biri olan STP 2009-cu ildən fəaliyyət göstərir. Bu illər ərzində şirkət 12 zavod, 30-dan çox istehsal sahəsi və 2000-dən çox peşəkar mütəxəssisi öz ətrafında birləşdirə bilib. STP istehsalı olan məhsullar “Made in Azerbaijan” brendi altında dünya bazarlarında da tələbata malikdir. 10 il ərzində STP ölkəmiqyaslı irihəcmli layihələrdə iştirak edərək, respublikamızın iqtisadiyyatına öz töhfəsini verib. STP-nin əsas hədəflərindən biri yüksək keyfiyyətli və geniş çeşidə malik məhsulları ilə stabil olaraq ölkəmizi Avropa və Yaxın Şərqdə təmsil etməkdir.

Sumqayıt Texnologiyalar Parkının 10 illik yubileyi üçün loqotip hazırlayarkən, diqqəti şirkətin texnoloji və proqressiv olmasına yönləndirməyə çalışdıq. Bu keyfiyyətləri vurğulamaq üçün xətlərdən istifadə edərək, eyni zamanda inkişafı nərdivan şəklində nümayiş etdirdik.

Həmçinin, loqotipdən şirkətin fəaliyyətinin geniş spektrini göstərmək üçün dinamik şəkildə istifadə etmək olar. Son nəticə ruhlandırıcı, müasir, iddialı və şirkətin əsas dəyərlərinə uyğun gəlir.